XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2018 - 19:23

Qax rayonunda fermerlər üçün tədbir keçirilib –FOTO

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsi üzrə Qax rayonunda fermerlər üçün məlumatlandırma tədbiri keçirilmişdir. 

25 nəfər fermerin, bələdiyyə rəhbərinin, kənd təsərrüfatı mütəxəssisinin, icra nümayəndəsinin iştirak etdiyi tədbiri giriş sözü ilə Qax rayon Kənd Təsərrüfat idarəsinin rəisi Məhəmməd Fətəliyev Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, bazarların bol ərzaq məhsulları ilə təmin olunması sahəsində “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” nın əhəmiyyətindən, bu Proqramla bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi tədbirlərdən, Qax rayonunda görülən işlərdən danışmışdır. “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri, ADİU-nin professoru, İqtisadiyyat üzrə elmlər doktoru Həsən İsrafilov kənd təsərrüfatı kooperasiyasının mahiyyətini, kiçik fermer təsərrüfatlarının birləşərək böyük kooperasiyalar yaratması ilə bağlı beynəlxalq təcrübəni izah etmişdir. Kooperasiya haqqında çoxsaylı elmi məqalənin, monoqrafiyanın müəllifi olan H.İsrafilov Hollandiya, İsrail, İtaliya, Kanada, Türkiyə dövlətlərində kooperasiyaların fəaliyyətini təhlil etmiş, bütövlükdə onların dünyada kənd təsərrüfat məhsullarının 50 faizdən çoxunu, bəziölkələrdə 80 faizə qədərini istehsal etdiyini izah etmişdir. Cənab Prezident İ. Əliyevin bu sahənin inkişafına verdiyi diqqəti ürəkdən bəyəndiyini, onun icrasının ümumi inkişafa müsbət təsir edəcəyini qeyd edən tanınmış alim bu sahədə hər bir fermerin, bələdiyyənin, dövlət orqanının, QHT-nin, kənd  ziyalılarının qarşısında duran vəzifələrdən danışmışdır.

Hüquqşünas Aydın Kərimov “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilmə zərurətindən, qanunun işləmə mexanizmindən, kooperasiya üzvlərinin hüquq və vəzifələrindən danışmış, eləcə də Dövlət Proqramının məzmununu şərh etmişdir.

İqtisadçı Tofiq Həsənov ölkəmizdə kooperasiyaların yaradılması və inkişafı ilə bağlı dövlət rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin xüsusi qayğı göstərdiyindən, bu işdə qarşıya çıxan problemlərin həllində dövlətin həyata keçirdiyi tədbirlərdən danışmışdır. Problemlərin həllində fermerlərin, bələdiyyə və icra nümayəndələrinin, QHT-in, kənd ziyalılarının vəzifələrini göstərmişdir. Qanunun və Dövlət Proqramının verdiyi imkanlardan yararlanmağa, dünya təcrübəsini dərindən öyrənməyə və öz fəaliyyətlərində tətbiq etməyə çağırmışdır. Həsənov kooperasiya hərəkatında QHT-in rolunun artırılmasının vacibliyindən, onların bu prosesdə iştirakı yolları haqqında məlumat vermişdir.Tədbirin sonunda iştirakçılar arasında sorğu keçirilmiş, fermerlərin problemləri, çətinlikləri, planları haqqında məlumat toplanmışdır.

İştirakçılar praktik fəaliyyətləri üçün zəruri olan normativ hüquq aktların surətləri, praktik metodiki vəsaitlər paylanmışdır.