XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

09 Avqust 2018 - 19:43

Kürdəmirdə kooperativlərin təşkili ilə bağlı tədbir keçirilib –FOTO

 Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsi üzrə Kürdəmirrayonunda fermerlər üçün məlumatlandırma tədbiri keçirilmişdir.

25 nəfər fermerin, bələdiyyə rəhbərinin, kənd təsərrüfatı mütəxəssisinin, icra nümayəndəsinin iştirak etdiyi tədbiri rayon Kənd təsərrüfat idarəsinin əməkdaşı XanbabaƏsədov açdı.

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri,ADİU-nin professoru, İqtisadiyyat üzrə elmlər doktoru Həsən İsrafilov kənd təsərrüfatı kooperasiyasının mahiyyəti, onun dünya ərzaq təchizatı prosesində yeri, dünyanın qabaqcıl ölkələrində kiçik fermer təsərrüfatlarının birləşərək böyük kooperasiyalar yaratması təcrübəsini faktlarla və elmi əsaslarla izah etmişdir. Kooperasiya hərəkatı haqqında çoxsaylı elmi məqalənin, monoqrafiyanın müəllifi olan H.İsrafilov Hollandiya, İsrail, İtaliya, Kanada, Türkiyə dövlətlərində kooperasiyaların fəaliyyətini təhlil etmiş, bütövlükdə onların dünyada kənd təsərrüfat məhsullarının 50 faizdən çoxunu, bəziölkələrdə 80 faizə qədərini istehsal etdiyini, işləmə mexanizmini izah etmişdir. Prezidentimizin bu sahənin inkişafına verdiyi diqqəti ürəkdən bəyəndiyini, onun icrasının ümumi inkişafa müsbət təsir edəcəyiniqeyd edən tanınmış alim bu sahədə hər bir fermerin, bələdiyyənin, dövlət orqanının, QHT-nin, kənd ziyalılarının qarşısında duran vəzifələri göstərmişdir.

Hüquqşünas, “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin eksperti Aydın Kərimov “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyətini və Dövlət Proqramının məzmununu şərh etmiş, torpaqdan, yerli resuslardan və yeni idarəetmə mexanizmlərindən istifadə etməklə böyük naliyyətlər əldə etməyn mümkünlüyünü qeyd etmişdir.

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin eksperti, QHT-fəalı, beynəlxalq səviyyəli təlimçi Sevda Məmmədova Kooperasiya hərəkatında qadınların, gənclərin rolundan danışmış, kənddə yaşayan qadınlar üçün yeni iş yerlərinin yaradılması, qadınların iqtisadi müstəqilliyin artması, idarəetmədə iştirakına kooperativlərinin verəcəyi faydanı qeyd etmişdir. Məmmədovakooperasiya hərəkatında QHT-lərin rolunun artırılmasının vacibliyindən, onların bu prosesdə iştirakı yolları haqqında məlumat vermişdir. O, Kooperativlərin işğaldan azad olunan ərazilərdə yaradılmasına diqqət çəkmiş, Cocuq Mərcanlıda, Naxçıvanda Günnütdə belə kooperativlərin təşkili təcrübəsinin gələcəkdəazad olunacaq Dağlıq Qarabağda və ətraf rayonlarda tətbiqinə böyük fayda verəcəyini xüsusi qeyd etmişdir.

Tədbirin sonunda iştirakçılar arasında sorğu keçirilmiş,fermerlərin problemləri, çətinlikləri, planları haqqında məlumat toplanmışdır.

İştirakçılar praktik fəaliyyətləri üçün zəruri olan normativ hüquq aktların surətləri, praktik metodiki vəsaitlər paylanmışdır.