XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 16:28

Şamaxıda torpaq sürüşməsi baş verib –FOTO

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

Hadisə Şamaxı şəhər, məhəllə 48 A ünvanında, Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.

Ev sahibinin dediyinə görə, bir neçə gündür aktivləşən sürüşmə mişar daşı ilə hörülmüş hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb. Məsələ ilə bağlı aidiyyəti qrumlara məlumat verilib.

Qeyd edək ki, ötən il də bu ərazidə torpaq sürüşməsi baş verib/Report.