XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 15:37

Sahil Babayev Səlim Müslümovun çıxardığı direktoru geri qaytardı –ƏƏSMN-də yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.  

Strateq.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, İlham Oqtay oğlu Həmidov Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə direktoru təyin edilib.

Qeyd edək ki, İ.Həmidov 2008-ci ildən 2017-ci ilədək Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, sonuncu təyinatadək Kürdəmir rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi işləyib.

Xatırladaq ki, İ.Həmidovun təyinatına qədər Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti olaraq Tahir Fərhad oğlu İsmayılov icra edib.