XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 14:41

Azərbaycanda uşaq evlərində olan uşaqların sayı artıb- Statistika

Son 4 ildə Azərbaycanda uşaq evlərindəki uşaqların sayı artıb.

Trend-in məlumatına görə, 2013-cü ildə Azərbaycandakı 6 uşaq evində 510, 2016-cı ildə 8 uşaq evində 681, 2017-ci ildə 8 uşaq evində 729 uşaq olub.

2017-ci ildə ümumilikdə ölkədə əqli cəhətdən geri qalan uşaqlar üçün fəaliyyət göstərən 2 internat evində 329 uşaq olub. Bu rəqəm 2013-cü ildə nisbətən az – 310 nəfər olub.

Bundan başqa, internat müəssisələrində təhsil alan valideynini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqların sayı 2013-cü ildə 757, 2017-ci ildə 639 nəfər olub.