XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 19:14

“Bütün imtahanların nəticələri XDMX tərəfindən qorunur” –Mütəxəssisdən təhsil eksperti ilə DİM arasında qalmaqala reaksiya

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz 596 bal toplayan abituryentin ali məktəbə qəbul ola bilməməsi ilə bağlı iddialara və Dövlət İmtahan Mərkəzinin rəsmi açıqlamasına münasibət bildirib.

Strateq.az xəbər verir ki, O.Gündüz sosial şəbəkədəki hesabında təhsil üzrə ekspert Kamran Əsədovu hansısa məlumatı açıqlamaqda ittiham etməyin heç bir halda doğru olmadığını qeyd edib:

“Əgər hansısa bir müstəqil ekspertə, vətəndaş cəmiyyəti fəalına edilmiş müraciət əsasında hansısa məlumat yayılırsa, bu normal bir haldır. Buna görə də, konkret Kamran bəyi hansısa məlumatı açıqlamaqda ittiham etmək heç bir halda doğru deyil.

Məlumat yayılandan sonra ona cavabdeh qurum tərəfindən Kamran bəyə müraciət edilib düzəliş və ya hansısa bir əlavə açıqlamalar verilməsi təklif olunarsa, vacibdir ki, bunlar əlavə olunsun və yenidən düzəlişlər edilsin. Bildiyim qədər DİM bundan narazı qalıb.

DİM-in dərhal mətbuat konfransı çağırması və məsələnin mahiyyətini icimaiyyətə elan etməsi çox təqdirəlayiqdir. Yəni, özünün nüfuzunu, obyektivliyi gözləyən qurum məhz bu addımı atmalıydı. Lakin onun müsəqil eksperti məhkəməyə verməsi ilə bağlı açıqlamalarını dsətəkləmirəm, ümumiyyətlə bunu DİM-ə yaraşdırmıram. Düşünrəm ki yetərincə şəffaf və hesabatlı bir qurumun belə bir addımı heç bir halda doğru yanaşma olmazdı.

Əsas məsələ isə kimin haqlı olduğudur. İddiaçı abituriyentin real nəticələri hardadır ?

DİM-in fəaliyyət prinsiplərinə az-çox bələd olan biri kimi deyə bilərəm ki, onun bütün informasiya sistemləri və bütün onlayn və oflayn imtahan nəticələri DİM və Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) tərəfindən qorunur. Əgər XDMX generallarının və DİM rəhbərinin eyni anda girişi olmazsa, sistemə müdaxilə qeyri-mümkündür”.
O, “Azərişıq” ASC ilə davasının da belə məsələlərlər bağlı olduğunu bildirib:

“Yeri gəkmişkən bizim “Azərişıq”la davamız da elə bu tip məslələrlə bağlıdır ki, ictimai əhəmiyyət, mühüm kəsb edən sistemlər üzərində yalnız bir qurumun nəzarəti doğru yanaşma deyil. Bildiyim qədər DİM və XDMX generallarının iştirakı ilə sistemdə həmin iddiaçının nəticələri, hətta original cavab kartları valideynlərə təqdim edilib.

Nə üçün DİM nəticələri dərc etmir ? Düşünürəm ki, bu nə qədər asan bir variant olsa da, DİM məsuliyyətdən ehtiyatlanır. Yəni hər hansı bir abituriyentin nəticələri onun fərdi informasiyalarıdır. Əgər valideyndən və ya abituriyentdən xəbərsiz DİM onları açıqlayarsa, onu məhkəmə gözlədiyi aydındır. Məncə valideynlərin sistemə daxil olaraq bütün nəicələri dərc etmək imkanları var və ya onlar DİM-ə yazılı olaraq razılıq versələr, DİM onları müləq açıqlamalıdır”.

Osman Gündüz daha sonra sual edir: “Əslində nə baş verib? DİM-də olan müzakirələrdə, İcitimai Şura toplantılarında iştirak edənlər bilir ki bu tip və ya oxşar hadisələr hər zaman onun qəbul proseslərində olur. Bu da onlardan birisidir. Güman ki, kimsə DİM sistemindən əldə olunan məlumatları redaktə proqramlarının köməyi ilə sadəcə dəyişdirib və yenidən kənarda yaddaşda saxlayıb. Bunu kimlərin edə biləcəyi haqqında isə bir şey demək çətindir. Bunu abituriyentin hesabına giriş imkanı olan biri də, abituriyentdən və valideynlərdən xəbərsiz kimsə də edə bilər və ya onlardan hansısa birisinin razılığı ilə də edilməsi. Yəni burada variantlar çoxdur”.

Ekspert qeyd edib ki, DİM-in informasiya sistemində olan, XDMX generallarının və DIM rəhbərinin birbaşa nəzarətində olan otaqda saxlanılan original cavab kartlarında olan məlumatlar əsasdır: “Bu da valideynlərə təqdim edilib və onlar bunu sistemə daxil olaraq da görə bilirlər. Odur ki, istənilən halda burada DİM-lə bağlı bir problem görmürəm”.