XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 00:23

Bayramın ikinci günündə yarmarkalarda vəziyyət necədir? –VİDEO

Qurban bayramının 2-ci günündə bayram yarmarkalarında alıcı az olmasına baxmayaraq, satıcılar gətirilən heyvanların çox hissəsini satdıqlarını deyirlər.

Strateq.az “Xəzər xəbər”ə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, ötən günlə müqayisədə bu gün qurbanlıq heyvanın alınmasında alıcı azlığı müşahidə olunub.

Bəzi satıcılar qalan heyvanların qiymətində dəyişiklik olmayacağını, bəziləri isə heyvanların qiymətlərində endirim etməyəcəklərini bildirirlər.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçirilib. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunub. 21-23 avqust tarixlərində keçirilən yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulmuşdu.