Peruda 7,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələ Braziliya sərhədinin yaxınlığında baş verib. Yeraltı təkanlar saat 09:04 radələrində qeydə alınıb. Təkanlar yerin 609,5 kilometr dərinliyində qeydə alınıb.
Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.