XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2016 - 23:25

Diqqət: piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişir – VİDEO

wqq6Magistral yollarda piyadaların vurulması tez-tez baş verir. 

Strateq.az Xəzərxəbər- ə istinadən xəbər verir ki, hazırda belə hadisələrdə piyada yüngül və ya ağır xəsarət alırsa, sürücü məsuliyyətə cəlb edilir. Ancaq mayın 1-dən magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişir.

Belə ki, mayın 1-də qüvvəyə minəcək Yeni İnzibati Xətalar Məcəlləsinə görə bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaq.

Hazırkı qaydalara görə, sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o yüngül xəsarət alsa, onda sürücü 200 manat miqdarda cərimə edilir və sürücünün avtomobil idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.

Yeni qaydaya görə, piyada yalnız yüngül xəsarət alarsa, sürücünün məsuliyyəti olmur.Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin qaydalarında aydın şəkildə təsbit edilib.