XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 17:24

Tiflisdə Merkel üçün sürpriz –Faşist Almaniyasında itmiş rəsm əsəri kanslerə hədiyyə edilib (FOTO)

 

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Tbilisidə səfərdə olan Almaniya Kansleri Angela Merkelə XVII əsrə aid rəsm əsəri hədiyyə edib.

Trend-in məlumatına görə, bu barədə Kanslerin “İnstaqram” səhifəsində deyilir.

Qeyd olunur ki, M.Baxtadze A.Merkelə bu hədiyyəni Kanslerin şərəfinə təşkil edilən rəsmi qəbulda verib. “İnstaqram”da bu hədiyyə “gözlənilməz” kimi dəyərləndirilir.

Rəsm əsərinin İkinci Dünya müharibəsi zamasnı Drezden muzeyindən itdiyi, sonra SSRİ-yə, daha sonra Gürcüstana gətirildiyi bildirilir.

Əsərin hansı rəssama aid olduğu, harada və ya kimin kolleksiyasında qorunduğu barədə məlumat verilmir.