XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 21:45

Ağır xəstə olan senator Makkeyn müalicəsini dayandırır:“Con onun üçün olan ömür gözləntilərini adlayıb”

 

 Respublikaçı Senator Con Makkeyn beyin xəənginin aqressiv formasına qarşı müalicəni dayandırmaq qərarına gəlib.

Bu barədə onun ailəsinin cümə günü yaydığı bəyanatda açıqlama verilir.

“Con onun üçün olan ömür gözləntilərini adlayıb,”- deyə ailə üzvləri “aqressiv qlioblastoma”-nın 81 yaşlı Makkeynin müalicəni dayandırmasında başlıca faktor olduğunu bildirib. “Özünə xas iradə gücü ilə o, artıq müalicəni dayandırmağı seçib”- ailə bildirib.
Nüfuzlu Respublikaçı Senator və sabiq prezidentliyə namizəd Con Makkeynə beyin xərçəngi diaqnozu ötən il qoyulmuşdu. O vaxtdan bəri Makkeyn bir neçə dəfə əməliyyat olunub.

Con Makkeynin gəncliyi ağır keçib. O, ABŞ hərbi-dəniz qüvvələrinin pilotu olduğu zaman Vyetnamda, Hanoy gölü yaxınlığında vurulmuşdu. Növbəti 5 il Makkeyn müharibə məhbusu olub və işgəncələrə məruz qalıb. Bu, onun sevimli mövzularından deyil.

Amma Makkeyn, həmin hadisədən sonra Vyetnama 20 dəfə etdiyi səfərlər haqqında danışmağı sevir. Bu səfərlər zamanı Makkeyn Vyetnamda həlak olmuş ABŞ hərbçilərin cənazələrini evə gətirmək üçün səylər göstərib. O, Amerikanın Səsinə keçən il bu barədə danışmışdı.

“İlk növbədə, mən bizim münasibətlərin normallaşması üçün çox çalışmışam. Mən müharibənin yaralarını sağaltmaq istəmişəm. Mən orada qalmış və vətənə geri dönə bilməyən veteranları geri gətirmək üçün əlimdən gələni etmişəm. Sizə hətta onu da deyə bilərəm ki, xeyli sayda veteran öz ailələrini Vyetnama apararaq, harada xidmət etdiklərini onlara göstəriblər. Hal-hazırda mövcud olan ABŞ və Vyetnam xalqları arasındakı münasibətlər heç zaman bundan daha yaxşı olmayıb.”

Makkeyn Senatın güclü Hərbi Qüvvələr Komitəsinin Respublikaçı sədri və ABŞ ordusunun sadiq dostudur. O həm də, siyasi rəqibləri – Demokratlarla iqlim dəyişikliyi, əhatəli immiqrasiya islahatı və seçki kampaniyaların maliyyələşməsi islahatlarında birlikdə çalışıb. (Amerikanın Səsi)