XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2018 - 11:45

Rusiyada etnik ayrı-seçkilik artıb –Ruslar hansı xalqlarla birgə yaşamaq istəmirlər? (SORĞU)

 

Son bir ildə Rusiyada ksenofobiyanın səviyyəsi kəskin artıb. Getdikcə daha çox rusiyalı başqa millətlərdən olanların bu ölkədə yaşamasını istəmirlər.

Bu haqda “Vedomosti” qəzeti Rusiyanın tanınmş “Levada” sorğu mərkəzinə istinadla yazır. “Arzuolunmaz” etnosların reytinqinə qaraçılar başçılıq edir – 32 faiz. Ötən il rəyi soruşulanların cəmi 17 faizi onlara mənfi münasibətdə olduğunu açıqlamışdı. Respondentlərin 31 faizi çinliləri, 26 faizi isə vyetnamlıları “arzuolunmaz” adlandırıb. Ötən il bu rəqəmlər uyğun olaraq 15 və 12 faiz idi.

“Etnofobiya ümumilikdə 12 faiz yüksəlib, amma bu və ya digər qeyri-rus mövqeyi tutanların sayı 1,5 dəfə artıb”, – Levada mərkəzinin sosioloqu Karina Pipiya deyib. Onun fikrincə, ksenofobiyanın güclənməsini kollektiv narazılıq yaratmış səbəblərlə bağlamaq olar – pensiya islahatları, istehlakçı və sosial durumun pisləşməsi bu sıradadır.

SƏBƏBLƏR

“Rusiya ruslar üçündür” ideyasını dəstəkləyənlərin sayı 10 faizdən 19 faizə yüksəlib. Bu mövqe 2014-cü ildə azalmışdı. Respondentlərin üçdə birindən çoxu ayrıseçkilik qoyan ev və iş elanların müsbət yanaşır. Moskvadakı respondentlərin 63 faizi belə düşünür. Hökumət miqrant axınını önləməlidir. Bu cür düşünən respondentlərin sayı 58-dən 67-yə yüksəlib.

Pipiyanın fikrincə, narazılığın artmasını ictimai-siyasi kontekstdə, hökumətə münasibətdə də izah etmək olar. Belə ki, bu ilin yayında futbol üzrə dünya çempionatı fonunda ABŞ və Avropa İttifaqı ilə münasibətlər nisbətən yaxşılaşıb. 2014-2017-ci illərdə xarici siyasətdəki ksenofobiya etnik ksenofobiyanı sıxışdırmışdı. İndi isə Qərbə neqativ münasibəti yenə də etnik azlıqlara ksenofobiya əvəzləyir.

“Sova” mərkəzinin direktoru Aleksandr Verxovski deyir ki, ksenofob əhval-ruhiyyənin güclənməsi gözlənən iqtisadi çətinliklərlə bağlıdır. Onun fikrincə, rusiyalıların problemlərini yönəltməyə iki ənənəvi mənbəyi var – qərb və miqrantlar: “1990-cı illərdə günahkar hökumət idi, amma günahı Vladimir Putinə yükləmək olmaz, axı. Bəlkə, bunun baş verməsi üçün prezidentin populyarlığı çox düşməlidir, bəlli deyil”. (Azadlıq Radiosu)