XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 12:21

Məleykə Abbaszadə: “TQDK-nın hansısa quruma birləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb”

meleyke“Ölkədə müəyyən struktur islahatları aparılır. Siyasi qərar qəbul olunarsa, biz ona tabe olacağıq. Ancaq hələ ki, TQDK-nın hansısa quruma birləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Üzümü valideynlərə, abituriyentlərə tutub deyirəm ki, heç bir qərar abituriyentlərə zərbə vurmayacaq, onların bilikləri bütün halda obyektiv qiymətləndiriləcək”.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komissiya sədri qeyd edib ki, bu ilin orta məktəb məzunları üçün buraxılış imtahanı ötən ilki qayda ilə keçiriləcək, yalnız imtahan nəticələrinin qiymətləndirməsi dəyişdiriləcək.