XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 11:25

İcra Hakimiyyətindən zəlzələ açıqlaması:"124 evdə çatlar yaranıb..."

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lerik rayonunda 124 evdə çatlar əmələ gəlib.

Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı çatlar yaranan evlərə baxış keçirilib: “Zəlzələ nəticəsində 124 yaşayış evində çatlar yaranıb, onlardan 37-də nisbətən iri çatlardır. Lakin heç bir ev təhlükəli vəziyyətdə deyil. Məsələ ilə bağlı akt tərtib edilib və aidiyyəti qurumlara təqdim edilib”.

H.Məlikov qeyd edib ki, yaranan çatlar təhlükəli olmadığından ailələr evlərindən təxliyə olunmayıb.

O əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da günün ikinci yarısında əraziyə gəlib araşdırma aparacaqlar. Bundan əvvəl 40-a yaxın evdə çatların yarandığı bildirilirdi.

Qeyd edək ki, avqustun 28-i saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.