XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 15:52

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli oldu –SİYAHI

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

“Report”un məlumatına görə, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə “Qarabağ”ın da rəqibləri bəlli olub.

Azərbaycan təmsilçisi E qrupunda İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” klublarına rəqib olub.

Püşkatmanın nəticələri:

A qrupu: “Bayer” (Almaniya), “Lüdoqorets” (Bolqarıstan), “Sürix” (İsveçrə), AEK (Larnaka, Kipr)

B qrupu: “Zaltsburq” (Avstriya), “Seltik” (Şotlandiya), “Leyptsiq” (Almaniya), “Rusenborq” (Norveç)

C qrupu: “Zenit” (Rusiya), “Kopenhagen” (Danimarka), “Bordo” (Fransa), “Slaviya” (Praqa, Çexiya)

D qrupu: “Anderlext” (Belçika), “Fənərbağça” (Türkiyə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Spartak” (Trnava, Slovakiya)

E qrupu: “Arsenal” (İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya), “Qarabağ” (Azərbaycan), “Vorskla” (Poltava, Ukrayna)

F qrupu: “Olimpiakos” (Yunanıstan), “Milan” (İtaliya), “Betis” (İspaniya), “Düdelanj” (Lüksemburq)

G qrupu: “Vilyarreal” (İspaniya), “Rapid” (Vyana, Avstriya), “Spartak” (Moskva, Rusiya), “Reyncers” (Şotlandiya)

H qrupu: “Latsio” (İtaliya), “Marsel” (Fransa), “Ayntraxt” (Almaniya), “Apollon” (Kipr)

I qrupu: “Beşiktaş” (Türkiyə), “Genk” (Belçika), “Malmö” (İsveç), “Sarpsport” (Norveç)

J qrupu: “Sevilya” (İspaniya), “Krasnodar” (Rusiya), “Standard” (Lyej, Belçika), Akhisar” (Türkiyə)

K qrupu: “Dinamo” (Kiyev, Ukrayna), “Astana” (Qazaxıstan), “Renn” (Fransa), “Yablonets” (Çexiya)

L qrupu: “Çelsi” (İngiltərə), PAOK (Yunanıstan), BATE (Belarus), “Videoton” (Macarıstan)

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 20-də keçiriləcək. Final matçı isə 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.