XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 16:59

Azərbaycanın 20-dən çox rayonunda əmək yarmarkası keçiriləcək- Bu ay

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.

Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sentyabr ayı ərzində respublikanın 20-dən çox rayonunda (Goranboy, Qobustan, Cəlilabad, Qusar, Ucar, Lerik, Biləsuvar, Bərdə, Astara, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ağdaş, Tovuz, Yardımlı və s.) əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb. Yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək, onlara seçimlərinə və əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək.

Həmin tədbirlər zamanı ödənişli ictimai işlərə cəlb olunmaq və əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək istəyənlər qeydiyyata götürüləcək.

Əmək yarmarkalarında vakant iş yeri təqdim edilən müəssisələrin nümayəndələri də iştirak edəcək.