XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2018 - 21:49

Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yanında fermer və koordinasiya şuraları yaradılır- Nazirlikdən açıqlama

Kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin formalaşması prosesi davam edir.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılması prosesinə başlanılıb. Artıq Ağsu, Lənkəran, Şəki, Sabirabad, Gədəbəy, Xaçmaz və digər bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində Fermerlər və Koordinasiya Şuralarının təsis olunmasına dair iclaslar keçirilib. İclaslarda yerli fermerlərə yeni yaradılan Şuraların funksiya və vəzifələri barədə məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Fermer və Koordinasiya Şuralarına DAIM-in direktor müavini ictimai əsaslarla rəhbərlik edir. Şuralar kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya Şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.