XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 16:39

“Ölkə başçısından böyük şəhərciklər salınması ilə bağlı icazə almışam” –Rövnəq Abdullayev (VİDEO)

rovneq“Ölkə başçısından Qaradağ, Pirallahı və SOCAR-ın torpağı olan digər ərazilərdə kooperativ tikintilər, böyük şəhərciklər salınması ilə bağlı icazə almışam”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşü zamanı deyib.

SOCAR prezidenti qeyd edib ki, proqramın icrasına gələn həftədən başlanılacaq: “Bütün neftçi gəncləri evlə təmin etməyə çalışacağıq və proqram gələn həftədən başlanacaq. Bu, sizə bayram hədiyyəsi olacaq. Artıq SOCAR-ın bir neçə idarəsinə tapşırılıb və hazırlıq işləri görülür. Hər idarəyə imkan yaradılacaq ki, torpaq sahəsi götürsün”.

R.Abdullayevin sözlərinə görə, neftçilərə təqdim olunacaq uzunmüddətli kreditlər əmək haqqından tutulacaq.