XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 14:43

Köçkünlər daha çox nədən narazıdırlar?-Komitə sədri şikayətçiləri dinləyib

Sentyabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərlərinin iştirak etdiyi qəbulda Bakı şəhəri və digər bölgələrdən gələn məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Müraciətlər, əsasən, mənzil-məişət, kommunal, statusun verilməsi və məşğulluqla bağlı olub.

Komitə sədri onları fərdi qaydada dinləyib, müraciətləri ilə bağlı geniş izahat verilib.

Məcburi köçkünlərə məlumat verilib ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Məcburi köçkünlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar müvəqqəti yaşayış yerləri və çadır düşərgələrindən müasir, bütün zəruri infrastrukturu qurulmuş qəsəbələrə köçürülüblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edildikdən sonra bu cür qəsəbələr həmin ərazilərimizdə də salınacaq.

Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirib.