XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 Sentyabr 2018 - 16:35

Millət vəkili Pərvin Kərimzadə:"Ümumi təhsil haqqında” qanuna "müasir məktəb" anlayışı əlavə olunacaq"

“Bu gün xidmət və digər sahələrdə çalışan insanlar var ki, onların nə dərəcədə peşəkar səviyyədə olması bilinmir. Peşələri xüsusi adamların yanında çalışmaqla öyrənənlərin bununla bağlı hər hansı bir sənədi olmur”. 

Strateq.az  oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə deyib.

O qeyd edib ki, yeni qaydaya görə, yəni, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, həmin şəxslər müraciət əsasında öz bilik və bacarıqlarını təsdiq etmək üçün müəyyən bir prosedurdan keçib sertifikat və bununla da əmək bazarına daxil olmaq üçün əlverişli imkan əldə edəcəklər.

“Bu da ölkədə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsinə, məşğulluq imkanlarının artırılmasına ciddi şəkildə müsbət təsirini göstərəcək. Qeyd edim ki, Milli Məclisin yaz sessiyasında “Peşə təhsili haqqında” qanun layihəsi qəbul olundu ki, bu da peşə təhsili sahəsi üzrə ən işlək sənədlərdən biri olacaq və peşə təhsilinin inkişafında mühüm rol oynayacaq. Ölkədə peşə təhsilinin inkişafına stimul verəcək. 

Həmçinin, təhsil məsələsi, təhsil qanunvericiliyi ilə bağlı digər yenilik ali təhsilli şəxslərin ikinci dəfə təhsil alması məsələsidir. Belə ki, ali təhsilli şəxs kolleclərə müsabiqədənkənar qəbul oluna biləcək. Bundan başqa, ölkə olimpiadalarının qaliblərinə də ali məktəbə qəbul zamanı güzəştlər veriləcək.

Bundan başqa, artıq xarici ölkələrdə təhsil almaq hüququ verən proqramlarda təhsil almış abituriyentlərin də Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var.

“Ümumi təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantı oktyabr ayının ikinci yarısından sonra Milli Məclisin iclasında müzakirəyə təqdim olunacaq. Yeni qanun layihəsində orta məktəblərin hüquqi imkanları və idarə olunması, orta ümumi təhsil müəssisələrində özəl sektorun işinin tənzimlənməsi ilə bağlı müddəalar qeyd edilib.

Qanun layihəsinə “müasir məktəb” anlayışı da əlavə ediləcək”, – deyə millət vəkili əlavə edib.