XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 09:50

Maradona Meksika klubuna baş məşqçi təyin olunub

Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona Meksikanın “Dorados de Sinaloa” klubunun baş məşqçisi təyin edilib.

“Report” xəbər verir ki, bu barədə komandanın rəsmi “Twitter” səhifəsi məlumat yayıb.

Klub ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yeri tutur.

Maradonanın məşqçi kimi axırıncı iş yeri BƏƏ-nin “Əl-Fuceyrə” klubu olub. Argentinalı oranı apreldə tərk edib. Keçmiş futbolçu ondan sonra Belarus “Dinamo”sunun idarə heyətinin sədri olub.