XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 12:46

Almaniya səfirliyi azərbaycanlıları Baddi ayısına baxmağa dəvət edir

ayi baddiAlmaniya Federativ Respublikasının Bakıdakı səfirliyi sabah Kapellhausda “Baddi-Ayısı” adlı müsabiqənin mükafatlandırılma mərasiminə və dizayn işlərdən ibarət sərgi təşkil edəcək.

Səfirlikdən strateq.az saytına bildiriblər ki,  Baddi ayısı Berlinin simvoludur və hal-hazırda dünyanın bir çox ölkəsində orijinal sənət əsəri kimi nümayiş olunur. Bildirilir ki, heykəl Bakıda da qurulacaq. Heykəli rəngləyəcək rəssam Münsiflər Heyəti tərəfindən seçilib və rənglənmiş heykəl İSR Plazanın binası yaxınlığında yerləşdirləcək. Müsabiqə səfirlik, Mədəniyyət və İncəsənət Universiteti və Rəssamlıq Akademiyasının birgə layihəsidir. Müsabiqəyə 35 ədəd dizayn işi təqdim edilmişdi.

Strateq.az