XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

10 Sentyabr 2018 - 11:00

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş uçuşları davam edir –VİDEO

“TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən  verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.