Türkiyənin Antalya bölgəsində Rixter cədvəli üzrə 4.8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də gecə saat 2.02-də episentri Döşemealtı rayonunda qeydə alınan yeraltı təkan ətraf bölgələrdə də hiss olunub. Dağıntı və fəlakət yoxdur.