XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2018 - 10:48

Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri məlum olub –Nazirlik

  

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən “Report”a bildirilib ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1178 namizəd uğur qazanıb.

Müəllim adını qazanmış şəxslər sentyabr ayının 12-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3×4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə ikinci tur həyata keçiriləcək. İkinci tura elektron sənəd qəbulu isə 14-15 sentyabr tarixlərində aparılacaq.