XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

11 Sentyabr 2018 - 13:08

Sabaha olan hava proqnozu –Yağış yağacaq

Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23°, gündüz 26-30° isti, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 765 miilimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zauğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək.

Sinoptikıərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.