XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 09:15

Avstraliyada turistlər kimsəsiz adada qalıblar:“Bu, yəqin ki, çoxlarına axmaqlıq kimi gələ bilər” (FOTO)

 

Dörd nəfər turistdən ibarət qrup avadanlığın yığıldığı hava doldurulmuş sal vasitəsilə Avstraliyanın Kvinslend ştatındakı kimsəsiz Qloster adasına üzüblər.

AZƏRTAC News.com.au saytına istinadla xəbər verir ki, salda deşik olduğuna görə o, tezliklə batıb.

Turistlərin köməyinə Qloster adasında rabitənin olması çatıb və onlar sosial şəbəkələr vasitəsilə köməyə ehtiyacları olduqlarını bildiriblər: “Bu, yəqin ki, çoxlarına axmaqlıq kimi gələ bilər, lakin mən və üç dostum Erli-Biç şəhərinin yaxınlığında ilişib qalmışıq. Bizim səfər üçün nəzərdə tutulan avadanlığın toplandığı hava doldurulmuş salda deşik əmələ gəldiyinə görə o batıb. Əgər yaxınlıqda kimsə varsa, bizə kömək etsin. Biz ödəniş etməyə də hazırıq”, – deyə qrup üzvlərindən biri “Facebook” səhifəsində yazıb.

Səyyahlar ertəsi gün səhər xilasedicilər tərəfindən xilas ediliblər.