XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 10:55

Əfqanıstanın “Çarli Çaplini”:“Öldürülməkdən qorxuram...”

Özünü “Əfqanıstanın Çarli Çaplini” adlandıran Kərim Əsir Kabilin tozlu küçələrində səssiz filmlər nümayiş etdirir.

25 yaşlı Kərim intiharçı hücuma şahid olduğunu, performansına görə həyatına qarşı müxtəlif cür təhdidlərlə qarşılaşdığını bildirir. Ancaq o, müharibənin viran qoyduğu bu şəhərin insanlarına gülüş bəxş etməkdə israrlı olduğunu deyir.

“Mənim məqsədlərimdən biri insanlara Əfqanıstanda müharibə, münaqişə və təhlükəsizlik kimi problemləri unutmağa şans yaratmaqdır. İnsanların bu problemləri unudub, əylənmələrini istəyirəm.” – deyə, Kərim bildirib. Stanp-up komediyaçısı bütün paytaxtda Çaplinin makyajlı və şapkalı avara obrazı kimi tanınır. Kərimin sözlərinə görə, militantlar onu anti-islam olmaqda günahlandıraraq, təhdid edirlər. Bir zamanlar Əfqanıstan böyük musiqi və sənətkarlıq mədəniyyətinə malik idi. Lakin Talibanın idarəetməsi altında bir çox mədəni tədbirlər qadağan edildi.

“Mən bomba hədəfi olmaqdan və ya ya öldürülməkdən qorxuram. Ancaq bunlar mənə öz sənətimi nümayiş etdirməyimi mane ola bilməz.” – deyə, Kərim əlavə edib.

Kərim və onun ailəsi 1990-cı illərdə, Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra İrana köçmək məcburiyyətində qalıb. O İran tv-lərinə baxaraq, Çaplinin hərəkətlərini əzbərləyərək böyüyüb.

Kabilə qayıtdıqdan sonra isə o Çaplinin məşhur görünüşünü yenidən yaratmağa başladı. O, beynəlxalq təşkilatların köməkliyi ilə uşaq evlərində təşkil olunan xeyriyyə tədbirlərində öz performansını nümayiş etdirir. Valideynlərinin ilk tərəddüdlərinə baxmayaraq, Kərim indi ailəsi üçün qürur mənbəyi olduğunu söyləyir. (Amerikanın Səsi)