XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 13:07

Sabah keçiriləcək hərbi paradın aparıcısı məlum olub

 Sabah – sentyabrın 15-də Bakıda möhtəşəm hərbi parad keçiriləcək.

Parad Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100 illiyi münasibətilə Bakıdakı Azadlıq Meydanında keçiriləcək. Modern.az-ın əldə etdiyi məlumata görə, sabahkı paradın aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.

Qeyd edək ki, bu il 26 iyun Silahlı Qüvvələr günündə keçirilmiş hərbi paradın aparıcısı da Abdulla Qurbani olub.