XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 17:47

Bakıda 18 məktəbin direktoru işdən çıxarılıb –11 məktəbə yeni direktor təyin olunub

 

 

Bakıda 11 məktəbə yeni direktor təyin olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.

“Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.