XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2018 - 10:01

Filippində “Manqxut” qasırğası qurbanlarının sayı 25-ə çatıb –Mindən çox ev fəlakətə məruz qalıb

 

Filippində “Manqxut” qasırğası qurbanlarının sayı 25-ə çatıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda insanlarının çoxunun Kordilyer bölgəsində torpaq sürüşməsi nəticəsində öldüyü bildirilir.

Qeyd edilir ki, Kaqayan əyalətində mindən çox yaşayış evi fəlakətə məruz qalıb, rabitə və elektrik verilişi ilə bağlı problemlər müşahidə olunur. Sahilyanı ərazilərdən təxliyə edilmiş 105 min nəfər müvəqqəti sığınacaqda yerləşib. Filippin atmosfer, geofizika və astronomiya xidməti idarəsi aramsız yağışların yeni torpaq sürüşməsinə və daşqınlara səbəb olacağı barədə xəbərdarlıq edib.

Hazırda “Manqxut” qasırğası Honqkonqa çatıb. Orada məktəblər, ofislər, ticarət yerləri bağlanıb. Limanda yükboşaltma işləri, gəmi və avtomobil nəqliyyatı dayandırılıb. Çek Lap Kok beynəlxalq aeroportunda yüzlərlə aviareys ləğv edilib. Honqkonq hökumət orqanlarının göstərişinə əsasən sahilyanı ərazidə iki balıqçı kəndinin təxminən 1000-dək əhalisi təxliyə edilib.