XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 16:25

ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb –Daşqın təhlükəsi qalmaqdadır

ABŞ-da tüğyan edən “Florens” qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.

Trend-in məlumatına görə, daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi. Atlantik okeanında tüğyan edən “Florens” ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür. Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Minlərlə insan elektrik enerjisindən məhrum olub.