XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2018 - 15:03

Bakı MDB şəhərlərinin ilk üçlüyünə daxildir –Payız səyahəti üçün

 

“TurStat” analitik agentliyi rusiyalı turistlərin payız səyahəti üçün Müstəqil Dövlətlər Birliyində ən populyar şəhərlərin siyahısını açıqlayıb.

AZƏRTAC “TurStat”a istinadla xəbər verir ki, Bakı payız səyahəti üçün MDB şəhərlərinin ilk üçlüyünə daxildir. Minsk, Astana, Bakı, Daşkənd, Almatı, Bişkek, Kişineu, Düşənbə və Aşqabad MDB-nin rusiyalı turistlər arasında populyar olan şəhərlərinin ilk onluğunda yer alıb.

“TurStat”ın məlumatına görə, Azərbaycanın paytaxtına turistlər orta hesabla 3,5 günlük gəlir və bir gün qalmağa 75 dollar xərcləyirlər. Reytinq 2018-ci ilin payızında turist səfərlərinin populyarlığının təhlilinə əsasən tərtib edilib.