XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2015 - 05:54

İcra başçısının “işğal günü” ilə bağlı 20 minlik maliyyə fırıldağı

Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonun işğal gününün qeyd edilməsi mərasimini korrupsiya ocağına çevirib. Rayonun 2014-cü il büdcəsindən bu məqsədlə xeyli vəsait ayrılıb. Vəsait başçıya yaxın MMC-nin hesabına köçürülüb və mənimsənilib.
Məlumat istiqlal.az-a Laçındakı mənbələrdən daxil olub.
Məlumatı dəqiqləşdirmək Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında Laçın rayon İcra Hakimiyyətinin sifarişlərinin siyahısını əldə etdik. Həqiqətən də 2014-cü ildə Laçın rayon İcra Hakimiyyəti “Laçın rayonunun 22-ci ildönümü ilə bağlı ədbirlərin keçirilməsi işlərinin satın alınması” üçün “Fərid MMC” ilə müqavilə imzalayıb. Müqavilənin ümümi məbləği 18 min 950 manatdır.
Maraqlıdır ki, işğal altında olan digər rayonların rəhbərləri isə belə addım atmayıb: “Laçın istisna olmaqla heç bir rayonda işğal günü ilə bağlı “bahalı tədbir” nəzərdə tutulmayıb”.
Xatırladaq ki, işğal günü tədbirləri ümimi yığıncaqdan və Şəhidlər Xiyabanını ziyarət etməkdən ibarət olur. Təbii ki, bu iki lokal tədbirə 18 min 950 manat büdcə vəsaitinin xərclənməsi ağlasığmazdır.