XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2018 - 11:51

Etimad İsmayılov dəfn olunur, mərhumun cənazəsi Nardaran qəbristanlığına aparılır –(YENİLƏNİR), FOTO

 

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi başlayıb.

BakuPost-un xəbərinə görə, vida mərasimi mərhumun atası, Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılovun Nardarandakı bağ evində keçirilir.

Mərasimə mərhumun doğmaları və ölkənin tanınmış simaları qatılıb. Onlar arasında keçmiş ANS televiziyasının prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev də var.

***

Etimad İsmayılovla vida mərasimi başa çatıb. Mərhumun cənazəsi atası İlyas İsmayılovun bağ evindən götürülərək Nardaran qəbristanlığına aparılır.

***

Etimad İsmayılov Nardaran qəbristanlığında dəfn olunub.