XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2018 - 12:58

Neftçilər Xəstəxanasının baş direktoru işdən çıxarılıb

Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Hikmət Həsənov işdən çıxarılıb. H.Həsənov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. FED.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova faktı təsdiqləyib. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinin müvəqqəti icrası baş direktorun müavini Raud Əsədova həvalə edilib.

Qeyd edək ki, H. Həsənov bu ilin fevralında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunmuşdu. O, bundan əvvəl Bakı Sağlamlıq Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.