XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

22 Sentyabr 2018 - 10:15

Təhsil Nazirliyi:"Təhsil Nazirliyi: Dərsliklərdən çətin mövzu və terminlərin çıxarılması yalnız o halda mümkün ola bilər ki..."

Azərbaycanda 2-ci və 3-cü siniflər üçün nəzərdə tutulan “Musiqi” və “Təsviri incəsənət” dərsliklərindən çətin mövzu və terminlərin çıxarılması yalnız qüvvədə olan fənn proqramında (kurikulumda) müvafiq dəyişikliklərin edilməsindən sonra mümkün ola bilər.

Bunu özəl olaraq Trend-ə Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Həsənova deyib.

Onun sözlərinə görə, bu il 2 və 3-cü siniflər üçün nəzərdə tutulan “Musiqi” və “Təsviri incəsənət” dərslikləri 4 illik istifadə müddəti ərzində meydana çıxmış təkliflər əsasında müəlliflər tərəfindən təkmilləşdirilib:

“Lakin dərsliklərin mövcud fənn proqramı (kurikulum) əsasında yazılmalı olduğunu və bəzi mövzu və terminlərin proqramdan (kurikulumdan) irəli gəldiyini nəzərə alsaq, onların dərslikdən çıxarılması yalnız qüvvədə olan fənn proqramında (kurikulumda) müvafiq dəyişikliklərin edilməsindən sonra mümkün ola bilər”.

V.Həsənova əlavə edib ki, bu il ümumlikdə istifadədə olan 2, 3 və 7-ci siniflərin dərslikləri 4 illik istifadə müddətini başa vurub, buna görə də qaydaya əsasən, onların yenidən nəşri nəzərdə tutulub.

Nazirlik rəsmisi qeyd edib ki, bu imkandan istifadə edərək həmin dərsliklərin təkmilləşdirilməsi məqsədə müvafiq hesab edilib.

V.Həsənovanın sözlərinə görə, 2-ci, 3-cü və 7-ci siniflərin dərsliklər təkmilləşdirilərkən onların istifadə edildiyi 4 illik müddət ərzində istifadəçilər tərəfindən verilmiş təkliflər, təhsili tənzimləyən və dəyişdirilmiş hüquqi-normativ sənədlərin tələbləri, dərsliyin əhatə etdiyi elmdə baş vermiş yeniliklər, yeni pedaqoji yanaşmalar nəzərə alınıb: “Lakin bu təkmilləşdirmələr həmin dərsliyin fənni üzrə təhsil proqramından (kurikulumdan) kənara çıxa bilməz və çıxmayıb”.

Bu il 11-ci siniflər üçün hazırlanan yeni dərsliklərin əvvəlkilərdən nə ilə fərqləndiyinə gəldikdə, V.Həsənova qeyd edib ki, 11-ci sinif dərslikləri yeni təhsil proqramı (kurikulum) əsasında hazırlandığı üçün əvvəlki dərsliklərlə müqayisə oluna bilməz.

O qeyd edib ki, 11-ci sinfin yeni dərslikləri yeni təhsil proqramına (kurikuluma) daxil olan bütün fənləri əhatə edir.