XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Sentyabr 2018 - 11:08

Baş nazirin müavini:“Azərbaycanda insanların qida ilə təmin olunması öz həllini tapıb”

 Azərbaycanın həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində ölkədə insanların qida ilə təmin olunması məsələsi öz həllini tapıb və indi aparılan işlərin məqsədi ərzaq təminatını daha da yaxşılaşdırmaqdır.

Trend-in nəlumatına görə, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işində dayanıqlı ərzaq və kənd təsərrüfatının rolu” mövzusunda milli seminarda deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinə mühüm önəm verir:

“Qlobal problemlər içərisində ayrı-ayrı ölkələrdə insanların qida çatışmazlığından əziyyət çəkməsi mühüm problemdir. İqlim dəyişikliyi ilə yanaşı, iqtisadi geriləmələr, müharibələr və münaqişələr dünyada ərzaq çatışmazlığına səbəb olur”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı ilə əməkdaşlıqdan məmnundur: “Hesab edirik ki, bu əməkdaşlıq kənd təsərrüfatının təkmilləşdirilməsinə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək”.