XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2018 - 13:41

Komitə sədri:"Xəstələri yanlış istiqamətləndirmək əxlaqsızlıqdır"

“Azərbaycanda hazırda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur”.

Strateq.az “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, istər maddi-texniki baza, istərsə də kadr potensialı buna imkan verir: “Biz Azərbaycanda bütün xəstəlikləri müalicə edə bilərik. Bəzən insanları düzgün istiqamətləndirmirlər. Təəssüflər olsun ki, bəzi hallarda bunu xəstəxanalar edir. Əvvəllər Azərbaycan texnologiyalar sahəsində geri qalırdı, bu gün isə belə hal yoxdur. Amma elə xəstəliklər var ki, bəşəriyyət onun qarşısında acizdir. Belə xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır. Elə olur ki, həmin adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur”.