XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 21:37

Deputatlara “Mercedes – E-Class” xidməti avtomobillərin verilməsi… – Rəsmən təsdiqləndi

1455286452_9Milli Məclisin komitələrinə sədr seçilən deputatlara “Mercedes – E-class” markalı xidməti avtomobillər verilib.

Məlumatda bildirilir ki, deputatlar İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Rafael Hüseynov və Əhliman Əmiraslanov artıq bir neçə aydır xidməti maşınla təmin olunublar.

Milli Məclisin mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, prosedura görə, parlamentin komitə sədrləri xidməti maşınla təmin olunurlar.

Xatırladaq ki, ölkə başçısı bu yaxınlarda məmurlara Naxçıvanda istehsal olunan “Naz Lifan” avtomobilləri almağı məslət görmüşdü. Bu gün  komitə sədrlərinə Almaniya istehsalı olan bahalı maşınların paylanması isə prezidentin tövsiyyə və tapşırıqlarında səmimi olmadığını deməyə əsas verir.

Avtosfer.az