XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 19:10

“Epidemik vəziyyəti yoxdur, ola da bilməz” –Səhiyyə Nazirliyi vərəmin yayılması barədə xəbərə reaksiya

Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi rayonlarında, eləcə də ölkənin bəzi bölgələrində vərəm xəstəliyinin yayılması barədə məlumatlara münasibət bildirib. 

Nazirlikdən “Report”a verilən məlumata görə, bu kimi yanlış informasiyalar əsassızdır.

Qeyd olunub ki, adıçəkilən rayonlarda uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkənin digər bölgələrindən 4 dəfə aşağıdır: “Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər yerlərdə olduğu kimi, Bakının Yasamal və Nəsimi rayonlarında da yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkədə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir”.