XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 18:09

“Azergold” Baş Prokurorluğa müraciət edib:"Kəlbəcərdə yataqların qanunsuz işlənməsi hüquqi müstəvidə həllini tapsın"

Ermənistan beynəlxalq şirkətlərlə birgə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarında qanunsuz hasilatı davam etdirir.

Trend-in məlumatına görə, bunu “Çovdar” qızıl yatağında keçirilən mediatur zamanı “Azergold” QSC-nin İdarə heyəti sədrinin müavini Oqtay Məmmədov deyib.

O.Məmmədov bildirib: “Biz istəyirik ki, Kəlbəcərdə yataqların qanunsuz işlənməsi məsələsi beynəlxalq normalar çərçivəsində hüquqi müstəvidə həllini tapsın. Bununla bağlı müvafiq informasiya Azərbaycan Baş Prokurorluğuna verilib. Bu istiqamətdə iş aparılır və yaxın zamanlarda ictimaiyyətə məlumat veriləcək”.