XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 11:15

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiqləndi –SİYAHI

Baş nazir Novruz Məmmədov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiqlənməsi haqda qərar imzalayıb.

Strateq.az Nazirlər Kabinetinə istinadən bildirir ki, bununla da Fondun Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimi təsdiqlənib:

Müşahidə Şurasının sədri

Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Müşahidə Şurasının üzvləri:

İlqar Fətizadə – maliyyə nazirinin birinci müavini;

Mətin Kərimli – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

Cəmaləddin Quliyev – İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri;

Azay Quliyev – Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri;

Adil Abdullayev – “Avropa Lift Sistemləri” MMC-nin təsisçisi, Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti;

Qulam İshaqzai – BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi;

Caydev Sinqx – ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru;

Guido Ambroso – BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.