XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 15:30

Yazıçılar Birliyi qalmaqallı “26” kafesinin yerini birdəfəlik bağlayıb –İcarəyə verilmir

 

Ötən il sentyabr 8-də Bakının Səbail rayonunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında yerləşən  “26” – “Twenty six” adlı kafe qalmallı şəkildə bağlandı. Kafe Bakı Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun təşəbbüsü və iştirakı ilə bağlanmışdı.

1 ildən çox vaxt keçsə də, kafenin yerləşdiyi yer hələ də istifadə olunmur. Maraqlıdır ki, AYB həmin yerin yenidən istifadəsi üçün aidiyyatı qurumlara müraciət edibmi?

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Modern.az-a deyib ki, hazırda həmin kafenin yeri boşdur.

“Hələ ki ora heç bir məqsəd üçün istifadəyə verilməyib. Bunu özümüz istəmirik, heç kimə müraciət etməyə ehtiyac yoxdur. Ora Yazıçılar Birliyinə aid olan bir yerdir, sadəcə elə bir fikir yaranmayıb ki, hansısa sahə ilə bağlı icarəyə verək”.