XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 12:26

Komitə ölkəni təəccübləndirmiş siyahıya aydınlıq gətirdi:“O rəqəmlər işsizlərin sayını göstərmir” (AÇIQLAMA)

 

“Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub”.

Bunu “Report”a açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə deyib.

O bildirib ki, işsizlikdən sığorta ödənişini işsiz statusu alan şəxslər ala bilərlər: “Qeyd olunan məlumatları Komitə rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. Rəsmi məlumatlara görə, sentyabr ayının 1-i vəziyyətinə ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs var”.

Şöbə müdiri sosial şəbəkələrdə yayılan siyahıdakı rayonlar üzrə işsiz statusu və işsizlikdən sığorta ödənişi alan şəxslərin siyahsını da açıqlayıb.

Siyahını təqdim edirik:

Azərbaycanda olan rəsmi işsiz statusu alanların sayı

Tovuz rayonu üzrə         230

Goranboy rayonu üzrə  174

Ağstafa rayonu üzrə      151

Daşkəsən rayonu üzrə   3

Balakən rayonu üzrə      181

Qəbələ rayonu üzrə       127

Astara rayonu üzrə         92

Qusar rayonu üzrə          99

Beyləqan rayonu üzrə    170

Ağcabədi rayonu üzrə    313

 

İşsizlikdən sığorta ödənişi alanların sayı

Tovuz rayonu üzrə           6

Goranboy rayonu üzrə    4

Ağstafa rayonu üzrə        3

Daşkəsən rayonu üzrə    3

Balakən rayonu üzrə       3

Qəbələ rayonu üzrə        3

Astara rayonu üzrə         1

Qusar rayonu üzrə         1

Beyləqan rayonu üzrə    1

Ağcabədi rayonu üzrə    1