Dövlət Sosial Müdafiə Fondunda da (DSMF) Apellyasiya Şurası yaradılıb.
Strateq.az xəbər verir ki, bu barədə DSMF-dən verilən məlumatda bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi 7 nəfərdən ibarət Apellyasiya Şurasına Fondun məsul əməkdaşları daxildir.
Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.