XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2018 - 08:41

Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər

 Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verilməsi üçün “ASAN viza” sistemini tətbiq edə bilər.

Bunu Trend-ə Almaniya İqtisadiyyatının Şərqi Komitəsinin rəqəmsallaşdırma üzrə işçi qrupunun rəhbəri Ştefan Keqebayn deyib.

Ş.Keqebaynın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır:

“Danışıqlar uğurla başa çatsa, bu Azərbaycan vətəndaşları üçün təkcə Almaniyaya yox, Avropa İttifaqının digər ölkələrinə də viza alınması prosesini sadələşdirməyə imkan verəcək. Ümid edirəm ki, bu texnologiya öz tətbiqini tapacaq”.