XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 15:39

Yaponiyada stress atmaq üçün populyar məşğələ –İşdə və məktəbdə ağlamaq öyrədirlər

Yaponiyada həm tələbələrin, həm də işçilərin psixi sağlamlığını təmin etmək, stressi aradan qaldırmaq məqsədilə məktəblərdə və şirkətlərdə tədris olunan “ağlamaq məşğələləri” zaman keçdikcə daha çox populyarlıq qazanır.

AZƏRTAC “The Japan Times” qəzetinə istinadla xəbər verir ki, ekspertlər göz yaşlarını yığılan gərginlikdən müdafiə vasitəsi hesab edirlər. Mütəxəssislərin fikrincə, ağlamaq stressdən qurtulmaq üçün gülüş və yuxudan daha effektivdir. Göz yaşlarını stimullaşdırmaq üçün sentimental filmlərdən, qəmli musiqilərdən və ilhamverici kitablardan istifadə etmək lazımdır.

2015-ci ildə Yaponiyada qüvvəyə minən qanuna görə, əməkdaşlarının sayı 50 nəfəri ötən yerli kompaniyalar öz işçiləri arasında stress testi keçirməlidir.