XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 14:56

Qəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək –500 manat

Qəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək.

Bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Qanun layihəsinə edilən dəyişiklik barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, “Bələdiyyələrin statusu haqqında” qanuna əsasən, qəbiristanlıqların salınması müavafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş orqan tərəfindən həyata keçirilir:

“Burada “müvafiq icra hakimiyyəti” deyəndə Nazirlər Kabineti nəzərdə tutulur. Bu qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 516-1 ci maddəsinə edilən dəyişikliyə əsasən, cərimə ediləcək. Cərimənin minimum məbləği 100, maksimum 500 manatdır”.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib/Teleqraf.com.