XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 11:57

Müğənni Nəsibə Abdullayeva məşhur reklam çarxı haqqında danışdı:“”Fendi” nə üçün bizimlə əlaqə saxlamayıb?”

 Özbəkistanın xalq artisti, müğənni Nəsibə Abdullayeva dünyada məşhur olan “Fendi” brendinin reklam çarxında səsləndirilən “Bir gün mənə rəhmin gələcək” mahnısından danışıb.

Hazırda Rusiyanın Moskva şəhərində olan Abdullayevanın prodüseri Dilroba Ramazanova müğənninin adından open.az saytına açıqlama verib: “Açığı, bu mövzunu hazırda sizin vasitənizlə öyrənirik. Belə şeydən xəbərimiz yox idi. Çarxda səsləndirilən “Bir gün mənə rəhmin gələcək” mahnısı mənə aiddir. Özü də bu mahnı 35 il öncə yazılıb. Şübhəsiz, mahnılarımın dünya səviyyəsində sevilməsi və istifadə olunması yalnız xoş hisslər yaradır. Lakin bu ifamı məndən icazəsiz işlədiblər.

Ümumiyyətlə, biz “Fendi” ilə əlaqə yaradacağıq. Maraqlıdır ki, nə üçün bizimlə əlaqə saxlamayıblar? Üstəlik, mahnının ifaçısı mən olduğum halda nəyə görə adım orada yazılmayıb? Hələlik qarşı tərəfin reaksiyasını gözləyəcəyik. Yalnız bundan sonra məhkəmə barədə düşünə bilərik”.